“Bavariya” “İnter”ə qalib gəldi, “Olimpik” və “Mançester Yunayted” isə sülhlə ayrıldı
Bu gecə UEFA Çempionlar Liqasında iki oyun keçirilib. Milanda ötən ilki mövsümün finalçıları - “İnter” və “Bavariya” qarşılaşıb, Marseldə isə “Olimpik” “Mançester Yunayted”i qarşılayıb.
İki oyunda cəmi bir qol vurulub. “İnter” - “Bavariya” qarşılaşmasında Almaniya klubu minimal hesabla qalib gəlib. Qolu Mario Qomes oyunun əsas vaxtına edilmiş əlavə edilmiş dəqiqələrdə vurub.
Fransadakı qarşılaşma isə qolsuz heç-heçə ilə başa çatıb.
Hər iki oyunun cavab qarşılaşması martıyın 15-də Almaniya və İngiltərədə keçiriləcək.