İki Olimpiya çempionumuz Almaniyaya yollanır
28 İyul 2010 Çərşənbə 12:40
Münhen şəhərində atıcılıq üzrə dünya çempionatı keçiriləcək.
Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya çempionatına start veriləcək. Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, çempionatda Azərbaycanı yığma komandanın üzvləri İradə Aşumova, Ruslan Lunyov, Mehriban Məcidova, Rəsul Məmmədov, Nigar Bağırova və Cəmilə Süleymanova təmsil edəcəklər. İdmaçıları bu yarışda məşqçi Ruqiyyə Bağırova müşayiət edəcək.
Stend atıcılarımız Zemfira Meftəhəddinova, Rigina Meftəhəddinova, Elçin Babayev, Elvin İsmayılov, Əli Hüseynli, Emin Cəvərov və Nurlana Cəfərova da məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında Münhendə keçiriləcək Dünya çempionatına qatılmaq üçün 30 iyul tarixində ora yollanırlar.
Xatırladaq ki, hər iki idman növü üzrə keçiriləcək Dünya çempionatı 11 avqust tarixinədək davam edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: