İki amerikalı futbol məşqçisi Azərbaycana səfər edəcək
11 İyun 2010 Cümə 23:50
Qonaqlar azərbaycanlı gənclər və gənc məşqçilər üçün məşqlər keçirəcək.
İki amerikalı futbol məşqçisi iyun ayının 13-dən 18-nə kimi azərbaycanlı gənclər və gənc məşqçilər üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi silsilə məşqlər keçirmək məqsədilə Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Azərbaycandakı səfirliyindən məlumat verilib.

Onlar, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə məsləhətləşmələr də aparacaq. Səfərin məqsədi Azərbaycanlı gənclər və məşqçilərlə onların futbol və məşq bacarıqlarının artırılması istiqamətində işləmək, sağlam həyat üçün ideyaları bölüşmək və idmanı təhsilin vacibliyini vurğulayan yaxşı balanslaşdırrılmış həyat kontekstinə daxil etməkdir.

1999-cu ilin qadınlar arasında keçirilən Dünya Kubonun qalibi Sindi Parlou və Premyer Liqanın keçmiş məşqçisi Jon Koun peşəkar səviyyədə futbol oynayıblar və gənclər yetişdirən təcrübəli məşqçilərdir.

Futbol nümayəndələrinin səfəri Amerikanın Bakıdakı səfirliyi, Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu və Birləşmiş İdman Mərkəzinin AFFA və Gənclər və İdman Nazirliyinin bölgə rəsmilərinin dəstəyi ilə həyata keçiriləcək.

Amerikalı cütlük iyun ayının 13-də Mərdəkanın Qala ərazisində oğlanlar və qızlar üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi məşqlər keçirəcək. İştirakçılara Qalada ABŞ-ın Müdafiə Əməkdaşlığı Ofisinin dəstəyi ilə tikilmiş məktəbin şagirdləri və qaçqın icmalardan olan şagird və müəllimlər də qoşulacaq. Onlar 14-15 iyunda Bakıda AFFA rəsmiləri, o cümlədən baş katib Elxan Məmmədovla görüşəcək, qızlar və gənc liqalar, məktəblərdən 20 gənc məşqçi üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi məşqlər keçirəcək. 16-18 iyunda futbol nümayəndələri bölgələrə, o cümlədən Şamaxı, Xaçmaz və Qubaya səfərlər edəcək və orada oğlan və qızlardan ibarət qarışıq qruplardan təxminən 220 gənc üçün xüsusi məşqlər təşkil etməyə müvəffəq olacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar