İki Amerika ölkəsinin qarşılaşması
16 İyun 2010 Çərşənbə 19:25
İki Amerika ölkəsinin qarşılaşması. Çili Honduras yığmasını məğlub etdi.
Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında “H” qrupunda Çili və Honduras yığmaları qarşılaşıb.

İki Amerika ölkəsinin qarşılaşması Çili yığmasının qələbəsi ilə nəticələnib. Matçda yeganə qolun müəllifi 34-cü dəqiqədə Çilinin 15 nömrəli futbolçusu Jan Bosejur olub. Çilinin çoxsaylı hücumları ilə yadda qalan matçın 64-cü dəqiqəsində 3 nömrəli futbolçu Valdo Ponsenin honduraslı müdafiəçilərin səhvindən istifadə etsə də, onun cəhdi uğurlu alınmayıb. Futbolçunun başı ilə qapıya göndərdiyi topu qapıçı Noel Valyadares son anda yaxalaya bilib.

Matçın 75-ci dəqiqəsində Honduras qapısına vurulmuş daha bir topu isə baş hakim Edi Mayllet hesaba almayıb. Arturo Vidalın vurduğu topu qapıçı geri qaytarsa da, Aleksis Sanseç topu honduraslıların qapısından keçirib. Buna baxmayaraq futbolçu oyundan kənar vəziyyətdə olduğundan vurulan top hesaba alınmayıb.

Qeyd edək ki, Honduras yığması 28 illik fasilədən sonra Meksika və ABŞ-dan sonra CONCACAF seçim oyunlarında üçüncü yeri tutmaqla DÇ-də iştirak etmək hüququ qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar