İdmançıya yaraşmayan hərəkətə görə cəzalandırıldı
    16 Dekabr 2009 Çərşənbə 14:50
    Yens Leman 3 oyunluq diskvalifikasiya edildi
    
                	 
    
         Almaniyanın “Ştutqart” klubunun qapıçısı Yens Leman “Maynts” klubu ilə qarşılaşmada idmançıya yaraşmayan hərəkət etdiyi üçün cəzalandırılıb. 
Yens Leman “Maynts” klubunun futbolçusu Aristid Bansenin ayağını qəsdən tapdaladığı üçün 3 oyunluq diskvalifikasiya edilib. 
Leman isə Bansedən üzr istəyərək öz hərəkətindən xəcalət çəkdiyini bildirib. 
Xatırladaq ki, “Ştutqart” – “Maynts” qarşılaşması 1:1 hesabı ilə nəticələnmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: