İdmançının 414 min avroluq saatı oğurlanıb
02 Sentyabr 2010 Cümə Axşamı 18:15
Tennisçinin saatı Kanada turniri zamanı yoxa çıxıb.
İspaniya tennisçisi Rafael Nadalın qiyməti 414 min avro olan "Richard Mille" markalı saatı oğurlanıb. İdmaçının saatının ötən həftələrdə Kanadanın Toronto şəhərində təşkil olunan ATP tennis turniri zamanı oğurlandığı bildirlir.

İdmançının istifadə etdiyi "Richard Mille" markalı saatdan dünyada cəmisi 50 ədəd istehsal edilib. Çəkisi 20 qram olan "RM 027 Tourbillon" adlı saat dünyanın ən yüngül saatlarından biridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar