İdmançımız Zülfiyyə Hüseynova dünya çempionu oldu
28 May 2010 Cümə 16:25
Zülfiyyə Hüseynova Budapeştdə rəqiblərini üstələyib
Macarıstanın paytaxtı Budapeşt şəhərində usta cüdoçular arasında Dünya çempionatı keçirilib. Yarışda həmyerlilərimiz də iştirak edib.

Zülfiyyə Hüseynova yarışda bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. O, finalda Almaniya cüdoçusu Anka Pfeyfer üzərində qələbə qazanıb.

Digər təmsilçimiz Fərhad Rəcəbli isə yarışların yekununda gümüş medal qazanıb. Fərhad Rəcəbli həlledici mərhələdə fransalı Həmid Kerruma uduzub. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar