İlqar Müşkiyev bürünc medal qazanıb
20 Noyabr 2010 Şənbə 10:05
Cüdoçu İlqar Müşkiyev qitə birinciliyində bürünc medal qazanıb
Bosniya və Hersoqovinanın Sarayeva şəhərində 23 yaşa qədər olan gənc qız və oğlanlar arasında Avropa çempinatına start verilib. Yarışın ilk günü komandamız aktivinə medal yazdırmağa müvəffəq olub. 60 kq çəki dərəcəsində yarışan İlqar Müşkiyev (60 kq) bürünc medala sahib çıxıb.
Sabah yekun vurulacaq yarışda ölkəmizi məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında ümumilikdə 6 cüdoçu – İlqar Müşkiyev (-60kq) , Orxan Hacıağalı (-66kq), Nadir Babayev (-73 kq), Rüstəm Alimli (-81 kq), Sain Məmmədov (-90 kq), Elmar Qasımov (-100 kq) təmsil edir.
Qeyd edək ki, Avropa çempionatından sonra 23-24 noyabr tarixlərində cüdo üzrə yığma komandamız Abu Dabidə keçiriləcək Qran Pri yarışında mübarizə aparacaq. Bu yarışda komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi ilə ümumilikdə 8 cüdoçumuz - Tərlan Kərimov (-66 kq), Rinat Mirzəliyev (-73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (-90 kq), Mövlud Mirəliyev (-100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (-63 kq) mübarizə aparacaq.
DOSTLARINLA PAYLAŞ: