İdmançımız Salman Əlizadə Bakıda dünya çempionu oldu
03 May 2010 Bazar Ertəsi 15:45
Salman Əlizadə həlledici qarşılaşmada irlandiyalı rəqibini məğlub etdi.
Bakıda gənc boksçular arasında boks üzrə dünya çempionatı yekunlaşmaq üzrədir. Bu gün yarışda final görüşləri keçirilir. 48 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Salman Əlizadə ilk olaraq çempion adını qazanıb.Təmsilçimiz finalda irlandiyalı rəqibi Rayan Barnettlə üz-üzə gəlib. Mübarizənin sonunda rəqibini 9:4 hesabı ilə məğlub edən Salman Əlizadə gənclərin dünya çempionatında qızıl medal əldə edib.
Xatırladaq ki, finalda daha bir azərbaycanlı boksçu Şaban Şahpələngov mübarizə aparacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: