İdmançımız İradə Aşumova Olimpiya oyunlarına lisenziya qazanıb
09 Avqust 2011 Çərşənbə Axşamı 11:03
İdmançımız İradə Aşumova Olimpiya oyunlarına lisenziya qazanıb. Bununlada vəsiqə qazananların sayı beşə çatıb.
Serbiyanın paytaxtı Belqradda atıcılıq üzrə Avropa çempionatı davam edir.

"Apasport.az" saytının xəbərinə görə, həmyerlimiz İradə Aşumova yarışda uğurla çıxış edərək, 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qitə çempionatında qadınlar arasında pnevmatik tapançadan 25 metr məsafəyə gülləatma yarışlarında Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Aşumova 6 seriyanın yekununda 577 xal toplayıb. Bu nəticə ilə atıcımız mükafatçılar sırasına düşə bilməsə də, London Olimpiadasına vəsiqəni təmin edib.

Qeyd edək ki, Aşumova London-2012-yə vəsiqə qazanan beşinci idmançımız olub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar