İdmançımız Olimpiadada iştiraka imkan qazanıb
24 Noyabr 2010 Çərşənbə 11:50
Cüdoçu Elxan Rəcəbov Qran-pridə 5-ci yeri tutub
Əbu-Dabi şəhərində cüdo üzrə Qran-pri yarışı keçirilir. Bu yarışda mübarizə aparan təmsilçilərimizdən Elxan Rəcəbov (81 kq) reytinq xalları qazanıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmsilçimiz 1/4 final mərəhələsində alman cüdoçusu Sven Mareşə uduzaraq, beşinci yeri tutub. Bu isə Elxan Rəcəbova aktivinə 40 reytinq xalı yazdırmağa imkan verib. Turnirin reqlamentinə əsasən birinci yeri tutan idmançı aktivinə 200, ikinci yerə sahib çıxan cüdoçu 120, üçüncü pillənin sahibi isə 80 reytinq xalı yazdırıb. Qeyd edək ki, xallara əsasən cüdoçuların reytinq siyahısı tərtib olunacaq.

Hər çəki dərəcəsində Dünya reytinqində ilk 24 yeri tutan cüdoçular Olimpiya oyunlarına vəsiqə qazanacaqlar. Əbu-Dabi Qran-prisindən dönən cüdoçularımızın noyabrın 26-da Bakıya gələcəkləri gözlənilir.

Cüdo üzrə yığma komandamızı qarşıda Yaponiyada keçiriləcək Böyük Dəbilqə turniri gözləyir. Dekabrın 11-də start götürəcək və 13-dək davam edəcək Böyük Dəbilqə seriyalı yarışda iştirak edəcək yığmamızın heyəti hələ ki, müəyyənləşdirilməyib.

















DOSTLARINLA PAYLAŞ:

oyunlar