İdmançımız Olimpiadada finiş xəttinə çata bilmədi
27 Fevral 2010 Şənbə 10:20
Qaya Bassani Antivari dağ xizək yarışlarında uğursuzluq yaşayıb
Kanadanın Vankuver çəhərində keçirilən Qış Olimpiya Oyunları yekunlaşmaq üzrədir. Artıq Azərbaycan idmançıları yarışda mübarizəni başa vurublar.

Ölkəmizi təmsil edən Qaya Bassani Antivari gecə saatlarında start xəttinə çıxıb. O, uğursuz çıxış edərək finiş xəttinədək çata bilməyib.

Bu növdə qalib adına isə almaniyalı dağ xizəkçisi Mariya Riş qazanıb. O, Almaniya yığma komandasının aktivinə 11-ci qızıl medalını yazdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar