İdmançımız Layeş Abdullayevə Avropa çempionu adını qazandı
18 İyul 2011 Bazar Ertəsi 16:49
Layeş Abdullayevə Çexiyada rəqiblərindən sürətli olub.
23 yaşadək idmançlar arasında atletika üzrə Avropa çempionatına yekun vurulub. ANS PRESS-in məlumatına görə, Çexiyanın Ostarava şəhərində, iyulun 12-dən 18-dək keçirilmiş yarışda ölkəmiz 3 idmançı ilə təmsil olunub.

Atletlərimizdən Layeş Abdullayevanın nəticəsi uğurlu olub. L.Abdullayeva 10 000 metr məsafəyə qaçışda 32.18.05 dəqiqə nəticə ilə qitə çempionu adını qazanıb. İdmançımız 5000 metrə qaçışda da hamıdan sürətli (15.29.47 dəqiqə) olub.

Bununla da iki proqramda xanım atletimiz qızıl medal qazanıb. Qeyd edək ki, komandamız Bakıya iyulun 19-da qayıdacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar