İdmançımız İtaliya klubunu yüksək dəstəyə daşıdı
06 Dekabr 2010 Bazar Ertəsi 17:05
Aliyə Qarayeva Apennində uğurlu çıxışı ilə diqqət çəkib
Bədii gimnastika üzrə İtaliya çempionatında final mərhələsinin oyunlarına yekun vurulub. İtaliya çempionatında azərbaycanlı gimnast Aliyə Qarayeva da çıxış edib. O, İtaliyanın “Ritmika” klubunun heyətində qüvvəsini sınayıb.

Yerli mətbuatın yaydığı məlumata görə, final mərhələsinin yekunlarılna əsasən A2 seriyasında çıxış edən “Ritmika” ikinci yeri tutaraq A1 seriyasında çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, “Ritmika” klubu 2008-ci ildən A2 seriyasında mübarizə aparırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar