İdmançımız İspaniyada "ağalıq" edir
10 İyul 2010 Şənbə 16:10
Eltac Səfərli “Vilya–de- Benaske” turnirində çıxışını davam etdirir
Azərbaycan şahmatçısı Eltac Səfərli İspaniyanın Benaske şəhərində keçirilən 30-cu beynəlxalq şahmat festivalında liderliyini davam etdirir.
Təmsilçimiz ikinci turda ispaniyalı Luis Qonzalesi məğlub edərək, 2 xalla turnirin liderləri sırasındadır. Daha 95 nəfər şahmatçı da Eltac Səfərli kimi eyni xala malikdir.
Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən yarışda bir sıra ölkələrdən 30-u qrossmeyster olmaqla 505 zəka ustası mübarizə aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: