İdmançımız gümüş medal qazandı
19 Noyabr 2010 Cümə 11:10
Teymur Rəcəbov şahmatın blits növündə fərqlənib
Şahmatçımız Teymur Rəcəbov sürətli şahmat üzrə Dünya çempionatında ikinci yeri tutub. 3 gün ərzində keçirilmiş 10 turdan sonra şahmatçımız aktivinə 24 xal yazdırmağa müvəffəq olub. Teymur Rəcəbov çempion adını qazanmış erməni qrossmeyster Levon Aronyandan cəmi yarım xal az toplayıb.

Dünya çempionatında üçüncü yeri isə ötən il bu yarışda qalib gəlmiş norveçli qrossmeyter Maqnus Karlssen tutub. Şahmatın blits növü üzrə Dünya çempionatında mübarizə aparmış digər təmsilçilərimizdən Şəhriyar Məmmədyarov 8-ci, Rauf Məmmədov isə 12-ci pilləyə sahib çıxıb.

Xatırladaq ki, Dünya çempionatında ümumilikdə 20 şahmatçı mübarizə aparırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar