İdmançımız ermeni reqibini sındırdı
03 İyul 2013 Çərşənbə 20:46
Gürcüstanın Poti şeherinde Şotokan Karatenin kata kumite növü üzre beynelxalq turnir keçirilib.
Azərbaycan karateçisi erməni idmançıya aman vermədi. Kanal S xəbər verir ki, Gürcüstanın Poti şəhərində Şotokan Karatenin kata kumite növü üzrə beynəlxalq turnir keçirilib. Yarışda 7 ölkə birincilik uğrunda mübarizə aparıb.

Gürcüstan, Ukrayna, Ermənistan, İran, Türkiyə və Rusiya idmançıları ilə yanaşı, Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar. Azərbaycanı beynəlxalq yarışda Şəki komandası da təmsil edib. 8 idmançı ilə millinin tərkibində yarışda iştirak edən Şəki karateçiləri 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmağa nail olublar. İntiqam Xəlilov isə 40 kq çəki dərəcəsində karatenin kumite növündə bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Həmçinin komanda karate federasiyası tərəfindən kubokla mükafatlandırılıb.

Yarışın ən qürurverici məqamı isə ondan ibarətdir ki, Şəki karateçisi Rəşid Abdullayev erməni idmançısını 2-0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Turnirdə mübarizə aparan idmançılar isə həm karatenin kata həm də kumite növü üzrə uğur əldə etməyə nail olublar. Qarşıda idmançıları növbəti beynəlxalq yarış gözləyir. Bu turnir də Gürcüstanın Poti şəhərində baş tutacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar