İdmançımız erməni rəqibi ilə sülh bağladı
30 Dekabr 2010 Cümə Axşamı 11:00
Vüqar Həşimov Sergey Movsesyanın müqavimətini qıra bilməyib
İtaliyanın Reco-Emilia şəhərində nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. Yarışda artıq ikinci turun oyunları baş tutub. Turnirin rəsmi saytında yer alan məlumata görə, ilk turda ingilis Naycel Şorta uduzaraq turnirə uğursuz start verən qrossmeysterimiz Vüqar Həşimov II turda Sergey Movsesyanla üz-üzə gəlib.

Reco-Emilia turnirində Slovakiyanın bayrağı altında çıxış edən, 2011-ci ildən isə Ermənistanı təmsil edəcək Sergey Movsesyanla Vüqar Həşimovun görüşü heç-heçə nəticələnib. Tərəflər 19-cu gedişdə sülh bağlayıblar. Digər dörd görüşdə isə Naycel Şort Eleksandr Morozeviçə, David Navara isə Fabio Karaunaya qalib gəlib.

Aleksandr Qrişuk-Mikel Qodeno və Vasili İvançuk-Fransisko Valyexo görüşləri də sülhlə nəticələnib. Qeyd edək ki, beynəlxalq turnirdə III turun görüşləri bu gün oynanılacaq. Dairəvi sistem üzrə keçirilən yarışa isə yanvarın 6-da yekun vurulacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar