İdmançımız ermeni reqibe qalib geldi, qızıl medal qazandı
18 Avqust 2013 Bazar 09:57
Serbest güleşçilerimiz Sofiya şeherinde uğurla mübarize aparırlar.
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilərin mübarizəsi başlayıb. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, gülәşçilәrimiz günü 1 qızıl vә 1 bürünc medalla başa vurub.
50 kq
Ruslan Qasımov 1/8 finaldan mübarizəyə başlayıb, ABŞ təmsilçisi Ethan Lizakı (11:4) məğlub edib. Bolqar Mehmed Zeyti Feraimlə görüşdə güləşçimiz məğlub olub.
60 kq
1/16 finaldan mübarizəyə başlayan Əhmədnəbi Qvarzatilov erməni Aşot Velitsyan üzərində inamlı qələbə (7:0) qazanıb. Növbəti görüşdə iranlı Farzad Kovlandı (12:5) mübarizədən kənarlaşdıran güləşçimiz 1/4 finala yüksəlib. Gürcü Şota Partenadzeyə də heç bir şans verməyən (10:1) Əhmədnəbi Qvarzatilov yarımfinala vəsiqə qazanıb. Final yolunda ukraynalı Andrey Sivridi (14:3) üstәlәyәn gülәşçimiz finalda da monqol gülәşçisi Nomin Batboldu (15:7) mәğlub edib vә qızıl medala sahib çıxıb.
74 kq
Bəxtiyar İsrafilli 1/16 finalda moldovalı İon Vasilaçi ilə görüşdən (8:0) qalib ayrılıb. 1/8 finalda güləşçimiz ABŞ təmsilçisi Aleksander David Dieringerlə qarşılaşıb. Gərgin keçən qarşılaşma (11:12) rəqibin xeyrinə başa çatıb. Tәsәlliverici görüşlәrә qatılan Bәxtiyar ardıcıl olaraq gürcü Laşa Qiqaşvili (13:5) və özbək Texron Xociyevi (3:0) məğlub edib. Bürünc medal uğrunda həlledici görüşdə Rumıniya güləşçisi George Bodisteanudan (8:1) üstün olan Bəxtiyar İsrafilli dünya çempionatının bürünc medalını qazanıb.
96 kq
1/16 finaldan yarışa başlayan Hacı Şərifov Ukrayna güləşçisi Murazi Mçelidzedən (9:5) zəif olub.
DOSTLARINLA PAYLAŞ: