İdmançımız erməni cüdoçunu məğlub edib
11 İyun 2011 Şənbə 16:38
İlqar Müşkiyev 60 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni Gevorq Xaçatryana qalib gəlib
Bu gün Tallində cüdo üzrə dünya Kuboku yarışları başlanıb. Yarışların ilk günü gənclər arasında İrəvanda keçirilmiş Avropa çempionatının və 2009-cu ildə Parisdə təşkil olunmuş dünya çempionatının gümüş mükafatçısı, Azərbaycan çempionu İlqar Müşkiyev 60 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni Gevorq Xaçatryana qalib gəlib. Rəqibini ippon fəndi ilə məğlub edən İlqar Müşkiyev dörddəbir finala çıxıb və həmin mərhələdə İsveç idmançısı Aleksandr Lundkvistlə qarşılaşacaq.
60 kiloqram çəki dərəcəsində, həmçinin Nicat Şıxəlizadə - Qreq Varrey (Böyük Britaniya), Asim Xələfov – Ceyms Millar (Böyük Britaniya), 66 kiloqram çəki dərəcəsində Tərlan Kərimov – David Dubski (Çexiya), Rüstəm Orucov – Natan Berns (Böyük Britaniya), 73 kiloqram çəki dərəcəsində Eldar Qasımov - Saşa Jereb (Sloveniya), Ramil Qasımov – Arturas Mayboroda (Litva), Nadir Babayev – Emmanuel Nartey (Qana), 90 kiloqram çəki dərəcəsində Ramin Qurbanov – Viktor Tvorjidlo (Polşa), 100 kiloqram çəki dərəcəsində Sain Məmmədov – Viktor Reşko (Latviya), 100 kiloqramdan yuxarı çəki dərəcəsində Emil Tahirov – Lyuk Verbij (Niderland) qarşılaşmaları olacaq.
DOSTLARINLA PAYLAŞ: