İdmançımız Eltac Səfərli gümüş medal qazandı
19 İyul 2010 Bazar Ertəsi 17:15
Eltac Səfərli “Vilya-de-Benaske”də mübarizəsini başa vurub.
İspaniyada keçirilən şahmat üzrə beynəlxalq “Vilya-de-Benaske” turniri sona çatıb. Son turda təmsilçimiz Eltac Səfərli Bernd Konlueyerə qalib gələrək yekunda 8,5 xal toplayıb. Həmyerlimiz nəticədə yarışı ikinci pillədə başa vurub.

Onunla bərabər Kiril Georgiyevin də 8,5 xalı olsa da, bolqarıstanlı şahmatçı əlavə əmsallara görə turnirin qalibi adını qazanıb.

Xatırladaq ki, 10 turdan ibarət “Vilya-de-Benaske”də 39 ölkədən 505 şahmatçı mübarizə aparırdı. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar