İdmançımız dünya rekordu vuraraq çempion oldu
21 İyun 2010 Bazar Ertəsi 10:15
Paralimpiyaçı atletimiz 100 metr məsafəyə qaçışda fərqlənib.
İtaliyanın İmola şəhərində atletika üzrə İtaliyanın açıq çempionatı keçirilib. Paralimpiyaçı atletlərimiz bu yarışda ümidləri doğruldaraq medallar qazanıblar.

Milli Paralimpiya Komitəsinin mətbuat katibi Elçin Malıyevin ANS PRESS-ə verdiyi məlumata görə, Elçin Muradov 100 metr məsafəni 10,6 saniyəyə qət edərək qızıl medal qazanıb. İdmançımız bu nəticə ilə həm də dünya rekordunu da təzələyib. 100 metr məsafəyə qaçış yarışında digər təmsilçimiz Rza Osmanov bürünc medal qazanıb.

Yarışda uğur qazanan digər atletlərimizi nəzərinizə çatdırırıq: Oleq Panyutin uzununa tullanma üzrə qızıl medal əldə edib, Vladimir Zayets uzununa tullanma üzrə gümüş medal, Oloxan Musayev nüvəni 12, 96 metr məsafəyə itələyərək qızıl medal qazanıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar