İdmançımız Avropa çempionatında gümüş medal qazandı
20 Dekabr 2010 Bazar Ertəsi 16:00
Vüqar Həşimov birincilikdə yalnız Zoltan Almasidən geri qalıb
Şahmatçımız Vüqar Həşimov Polşada keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. Qitə birinciliyində 13 turdan sonra 10,5 xal toplamış Vüqar yarışı ikinci pillədə bitirib. Həmyerlimiz ilk yerin sahibi macarıstanlı Zoltan Almasidən yalnız əlavə göstəricilərə görə geri qalıb.
Xatırladaq ki, bundan əvvəl Vüqar Həşimov blits növü üzrə Avropa çempionatında qüvvəsini sınamış, nəticədə 5-ci olmuşdu.
DOSTLARINLA PAYLAŞ: