İdmançımız 3 milyon 600 min uğrunda mübarizə aparır
03 Fevral 2011 Cümə Axşamı 10:30
Eltac Səfərli “Moskow Open” şahmat turnirində uğurla yarışır
Beynəlxalq qrossmeyster Eltac Səfərli Rusiyada keçirilən “Moskow Open” beynəlxalq şahmat turnirində çıxışlarını davam etdirir. ANS PRESS-in “moschess.ru” saytına istinadən verdiyi məlumata görə, təmsilçimiz yarışda uğurla çıxış edir. Şahmatçımız yarışın VII turunda liderlər qrupunda məskunlaşmış belaruslu qrosssmeyster Sergey Jiqalko ilə qarşılaşıb.
Ağ fiqurlarla oynayan Eltac Səfərli bu görüşdə Jiqalkonu mat edib. Bu qələbədən sonra idmançımız aktivindəki xalların sayını 4,5-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Eltac Səfərli lider Ernesto İnarkiyevdən yarım xal geri qalır.
VIII turda Eltac Səfərli Rusiya qrossmeysteri Aleksandr Raxmanovla münasibətlərinə aydınlıq gətirəcək. Xatırladaq ki, “Moskow Open”in ümumi mükafat fondu 3 milyon 600 min rubldur (təqribən 97 min 200 manat).
DOSTLARINLA PAYLAŞ: