İdmançılarımıza gözəl hədiyyə
23 Fevral 2010 Çərşənbə Axşamı 16:00
GİN avarçəkənlərimizə “Plastex” şirkətinin istehsalı olan 2 yeni qayıq alıb
Azərbaycan avarçəkənləri müasir tipli idman avadanlıqları ilə təchiz ediliblər. Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, bu yaxınlarda Gənclər və İdman Nazirliyi tərəfindən kayakçılar üçün 2 yeni qayıq alınıb. Polşada istehsal olunan “Plastex” markalı qayıqlardan biri 2 nəfərlik, digəri isə 4 nəfərlikdir.

Bu sahədə aparıcı firmalardan sayılan və dünyanda ən adlı-sanlı kayakçıların yararlandığı “Plastex”in istehsal etdiyi qayıqlar artıq idmançılarımızın ixtiyarına verilib.

Bu qayıqlar hazırda Mingəçevir şəhərində təlim-məşq toplantısında olan kayakçılarımıza göndərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar