İdmançılarımız Yunan-Roma güləşi üzrə 3 qızıl medal qazandılar
01 Fevral 2010 Bazar Ertəsi 16:05
Yunan-Roma güləşi üzrə yığmamız Belarusda çıxışını başa vurub
Belarusun paytaxtı Minsk şəhərində yeniyetmələr arasında yunan-Roma güləşi üztə respublika turniri keçirilib. Turnirdə ümumilikdə 28 ölkədən 192 güləşçi iştirak edib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, baş məşqçi İlqar Abdulov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən komandamız ümumilikdə 3 qızıl və 3 bürünc medal əldə edib.

Yığmamızın heyətində Elnur Həsənov (42 kq, 1995), Hüseyn Abbasov (54 kq, 1994) və Amil Əhmədov (58 kq, 1993) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Məmmədov (46 kq, 1995), Hüseyin Şirəliyev (63 kq, 1993) və Cavid Nəfəsov (58 kq, 1994) bürünc medal qazanıb, Əli Bayramov (69 kq, 1993) isə 5-ci yeri tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar