İdmançılarımız Tallinə gedib
22 Fevral 2011 Çərşənbə Axşamı 23:36
Onlar Ümumdünya Döyüş Sənəti Oyunlarında qüvvəsini sınayacaq
Fevralın 23-27-də Tallində IV Ümumdünya Döyüş Sənəti Oyunları keçiriləcək. İştirakçılar idmanın 17 növündə, o cümlədən pankration, taekvondo, kikboksinq, kudo, karate, sambo, aykido, Tailand boksu, uşu, kuraş və s. üzrə yarışacaq. Pankration yarışlarında dünyanın 40 ölkəsindən 300-dən çox idmançı qeydiyyatdan keçib. Azərbaycanı bu yarışlarda Nicat Əkbərov, Orxan Qəhrəmanov, Orxan Nəzərov, Elman Fərzəliyev, Hüseynəli Abbasov, Taleh Sadıqov və Nizami Qəhrəmanov təmsil edəcək.

İdmançılarımız Tallinə Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərovun və komandanın baş məşqçisi Fikrət Bağırovun rəhbərliyi altında yola düşüb.

Oyunlarda 60 ölkədən 2500-dən çox idmançının iştirakı gözlənilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar