İdmançılarımız Şarjadan 3 qızıl medalla qayıdırlar
07 Dekabr 2011 Çərşənbə 11:11
BƏƏ-də keçirilən paralimpiyaçılar arasında dünya oyunlarına yekun vurulub.
Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində paralimpiyaçılar arasında dünya oyunlarına yekun vurulub. Azərbaycan Milli Paralimpiya Komitəsinin mərtbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, son yarış günü idmançılarımızdan 3-ü aktivinə medal yazdırıb.

Samir Nəbiyev disk tullama yarışında 42,66 metr nəticə göstərərək qızıl medal əldə edib. Nüvə itələmə yarışında isə Oloxan Musayev 10,60 metr nəticə ilə aktivinə qızıl medal yazdırıb.

Eyni növdə çıxış edən Mehman Ramazanzadə isə 10,60 metr nəticə ilə bürünc medal qazanıb. Komandamız dünya oyunlarında ümumilikdə 3 qızıl, 2 gümüş, 3 bürünc medal əldə ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar