İdmançılarımız İstanbulda böyük uğura imza atıblar
19 İyul 2010 Bazar Ertəsi 09:50
Türkiyədə cüdo üzrə Avropa kubokuna yekun vurulub.
Türkiyənin İstanbul şəhərində cüdo üzrə böyüklər arasında Avropa kubokuna yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, milli komandanın məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında mübarizə aparan cüdoçularımız Avropa kubokunda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
66 kq çəki dərəcəsində mübarizən aparan Orxan Hacıağalı qızıl medal qazanıb. Digər uğur qazanan idmançılarımız isə aşağıdakılardır: 66 kq Sərxan Əhmədov (gümüş medal), 100 kq Elmar Qasımov (gümüş medal), +100 kq Fərid Babayev (gümüş medal), 73 kq Nadir Babayev (bürünc medal), 90 kq Ramin Qurbanov (bürünc medal).
Xatırladaq ki, bu nəticə ilə Azərbaycan cüdoçuları kişilərin komanda hesabında 2-ci olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: