İdmançılarımız İrandan medallarla dönür
07 Mart 2011 Bazar Ertəsi 15:26
Qonşu ölkədə Yadigar İmam Kuboku güləş turniri yekunlaşıb
İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçirilib. Martın 5-6-da keçirilən turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medalla Azərbaycana dönüb.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, məşqçi Vüqar Aslanovun rəhbərliyi altında turnirdə iştirak edən pəhləvanlarımızdan Kamran Məmmədov (60 kq) gümüş, Orxan Əhmədov (55 kq) bürünc medala layiq görülüb. 55 kq-da digər təmsilçimiz Rəşid Bünyatov isə 5-ci yerdə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar