İdmançılarımız gümüş medal qazanıb
22 Avqust 2010 Bazar 18:00
Polşada kayak və kanoe üzrə dünya çempionatı davam edir.
Polşada kayak və kanoe üzrə dünya çempionatı davam edir. Bu gün 2 nəfərlik qayığda çıxış edən kanoeçilərimiz Sergey Bezuqliy və Maksim Prokopenko dueti 500 metr məsafəyə yürüşdə çempionatın mükafatları uğrunda mübarizə aparıb. Yürüşün favoritlərindən sayılan duetimiz VI cığırda starta uğurlu başlamasa da, tədricən təşəbbüsü ələ ala bilib.
Duetimiz son 300 metrəni rəqiblərinə olmazın sürətini nümayiş etdirib. Nəticədə Sergey Bezuqliy və Maksim Prokopenko cütlüyü Rumıniya kanoeçiləri Dumitresku-Mixalaki duetindən sonra finiş xəttini ikinci keçərək, dünya çempionatının gümüş medalını qazanıb. Ən güclü "üçlüyü" isə Rusiyadan olan Petrov-Kostoqold cütlüyü tamamlayıb.
Qeyd edək ki, bu gün təmsilçilərimiz 200 metrə məsafəyə fınal yürüşdə də mundialın medalları uğrunda yarışacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: