İdmançılarımız Dünya Kuboku yarışlarına qatılacaq
17 Fevral 2011 Cümə Axşamı 18:28
Artıq yığma komandamız Belarusdadır
Fevralın 19-20-də Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçiriləcək. Azərbaycan Güləş Federasiyasından (AGF) ANS PRESS-ə verilənməlumata görə, Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ermənistan, Kuba, Bolqarıstan, Qazaxıstan, İran, Koreya və Belarus komandaları mübarizə aparacaq. Artıq yığma komandamız Belarusdadır. Baş məşqçi Fərid Mansurov, məşqçilər Akif Əliyev və Vüqar Aslanovun rəhbərliyi altında yığmamızın 11 üzvü Belarusa yollanıb.

Dünya Kubokunda yığmamızı Eldəniz Əzizli, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Orxan Paşayev (hər ikisi 60 kq), Vitali Rəhimov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), Zaur Mehrəliyev, Anton Botev (hər ikisi 120 kq) təmsil edəcək.

AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov görüşlərin idarə edilməsində iştirak edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar