İdmançılarımız bir turnirdə 18 medal qazanıb
20 May 2010 Cümə Axşamı 22:35
Kunq-fu turnirində 48 ölkədən 950 idmançı iştirak edib.
İtaliyanın Peruca şəhərində təşkil olunmuş kunq-fu üzrə Dünya çempionatında Azərbaycan idmançıları rəqib tanımayıb. Ən böyük uğura Ramil Allahverdiyev imza atıb. “Peşəkar sanda” yəni, əlbəyaxa döyüş növündə qüvvəsini sınamış Ramil 55 kiloqram çəki dərəcəsində Dünya çempionatının qızıl medalına yiyələnib.
“Sanda” növündə isə 2 təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ellər Orucov 60 kiloqramda bütün rəqiblərinə qalib gəlib. Ağırlığı 70 kiloqrama qədər olan “sanda”çıların yarışında Nəriman Əhmədov birinci olub. 65 kiloqramda Sadıq Hacıyev yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.
Daha sonra yeniyetmə və gənc “sanda”çılarımız məharətini nümayiş etdirib. Onlar arasında Həsrət Seyidov 65 kiloqramda Dünya çempionatını məğlubiyyətsiz başa vurub.
Qeyd edək ki, ümumilikdə 48 ölkədən 950 idmançının qatıldığı yarışdan Azərbaycan idmançılarının qazancı ümumilikdə 18 medal olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: