İdmançılarımız bir turnirdə 13 medal qazandılar
20 Dekabr 2010 Bazar Ertəsi 11:35
Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb
Bakı İdman Sarayında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnir başa çatıb. Yarışda 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Çin, İrlandiya və Gürcüstanı təmsil edən 89 idmançı mübarizə aparıb.

Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məumata görə, turnirdə 31 boksçumuz gücünü sınayıb. Azərbaycan milli komandasının üzvlərindən Romal Yusifzadə (52 kq), İlkin Quliyev (56 kq) və Pərviz Bağırov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Saqi Sadıqlı isə 69 kq çəki dərəcəsində mübarizə aparan boksçular arasında gümüş mükafata layiq görülüb.

Xatırladaq ki, Allahşükür Xanımaliyev (49 kq), Kamran Orucov (52 kq), Alim Abbasov (56 kq), Novruzəli Əliyev (60 kq), Coşğun Əliyev (64 kq), Rauf Rəhimov (75 kq), Fəqan Hüseynov (75 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Orxan Məmmədzadə (91 kq-dan yuxarı) isə bürünc medallarla kifayətlənmişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar