İdmançılarımız Avropadan 16 medal gətirir
05 Mart 2011 Şənbə 22:11
Tallinndə budo üzrə Avropa cempionatı keçirilib.
Tallinndə budo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Avropa cempionatı keçirilib.
Çempionatda Azərbaycan milli komandası da mübarizə aparıb. Budoçularımız Təyyar Babayev (45 kq, fri-kontakt), Ziya Fətəliyev, Amil Verdiyev (hər ikisi 50 kq, fri-kontakt), Əjdər Mehdizadə (60 kq, full-kontakt), Cavanşir Hüseynli (65 kq, full-kontakt) Emil Səlimov, Məhəmməd Qaragözov (hər ikisi 70 kq, full-kontakt), Arzu Babayev (75 kq, fri-kontakt), Orxan Həsənov (80 kq, fri-kontakt) və Xəyal Quliyev (85 kq, full-kontakt) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yığmamızın digər üzvləri Murad Səfərov (45 kq, fri-kontakt), Heydər Fərəcov (50 kq, fri-kontakt), Fəxrəddin İsgəndərov (60 kq, fri-kontakt), Ucar Kərimov (60 kq, full-kontakt) və Qadir Cəfərov (75 kq, full-kontakt) gümüş, 40 kq çəki dərəcəsində fri-kontakt növü üzrə mübarizə aparan Tural İbrahimov isə bürünc medala sahib olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar