İdmançılarımız Avropa çempionatına hazırlaşır
19 Avqust 2011 Cümə 17:12
Yığmamız qitəmiqyaslı yarışa məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında yollanacaq
Ağır atletika üzrə Avropa çempionatında ən yüngül çəkidə 2 həmyerlimiz körpücük üzərinə çıxacaq. 50 kiloqramda Allahyar Abışov və Mansur Ağaverdiyev qələbəyə iddialıdır.

Məşqçilər heyəti həmçinin Paşa İbrahimli (56 kq), Elxan Əliquluzadə (62 kq), Ceyhun Tağızadə (69 kq), Turan Abdullayev, Tofiq Allahverdiyev (77 kq), Nailxan Nəbiyevə (85 kq) şans verəcək. Yığma komandamız Avropa çempionatına məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, qitəmiqyaslı yarışda 32 ölkənin təmsilçiləri mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar