İdmançılarımız 4 illiyinə diskvalifikasiya edildi
19 Noyabr 2010 Cümə 14:50
Ağırlıqqaldıranlarımız bu müddət ərzində beynəlxalq yarışlarda çıxış edə bilməyəcəklər
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) azərbaycanlı idmançıları cəzalandırıb. Qanlarında istifadəsi qadağan edilmiş maddə tapılan Zülfüqar Süleymanov və Rövşən Fətullayev 4 il müddətinə diskvalifikasiya ediliblər.
İdmançılarımız bu müddətdə İWF-nin bayrağı altında təşkil edilən yarışlara qatıla bilməyəcəklər. Xatırladaq ki, idmançılarımızın qanlarında dopinq son Avropa çempionatında aşkar edilmişdi.
DOSTLARINLA PAYLAŞ: