İdmançılarımız 3 qızıl medal qazanıblar
29 Noyabr 2010 Bazar Ertəsi 11:30
Güləş üzrə Henri Deqlanın xatirəsinə həsr edilmiş turnir yekunlaşıb
Fransada Henri Deqlanın xatirəsinə həsr olunmuş güləş üzrə 36-cı beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizin sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandası uğurla çıxış edib. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 26-28 noyabr tarixlərində baş tutan yarışda ümumilikdə 3 qızıl və 2 bürünc medal qazanan yığmamız komanda hesabında turnirin qalibi olub. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Fransa yığması qərarlaşıb.

Qızıl medalları yığmamıza Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Zəlimxan Hüseynov (66 kq), bürünc medalları isə Cəbrayıl Həsənov (74 kq) və Çamsulvara Çamsulvarayev (84 kq) qazandırıb.

Xatırladaq ki, yığmamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Fransaya yollanmışdı. Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov görüşlərin idarə edilməsində neytral hakim kimi iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar