İdmançılarımız 3 qızıl medal qazandılar
22 Fevral 2010 Bazar Ertəsi 12:10
Kiyev şəhərində güləş üzrə beynəlxalq turnir yekunlaşıb. İdmançılarımız 3 qızıl medal qazandılar.
Kiyev şəhərində Ukrayna güləşçilərinin xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımızın iştirak etdiyi turnirdə pəhləvanlarımız 6 medal – 3 qızıl, 3 bürünc medal qazanıb.

Sərbəst güləş üzrə yığmamızın üzvü Cərbayıl Həsənov (66 kq), qadın güləşçilərimizdən Sona Əhmədli (59 kq) və Nadejda Sementsova (67 kq) bütün rəqiblərindən üstün olublar. Yuliya Radkeviç (59 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) isə bürünc medallara sahib olublar.

Xatırladaq ki, komandamız sabah ölkəmizə dönür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar