İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı
    27 Dekabr 2012 Cümə Axşamı 11:53
    Ukraynada güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçirilib
    
                	 
    
         Dekabrın 25-26-da Ukraynanın Brovarı şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçirilib. 
ANS PRESS-in Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeniyetmələrdən ibarət yığma komandanın turnirdə iştirak edən üzvləri ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
50 kq çəkidə mübarizə aparan Əfqan Xaşalov və 100 kq çəkidə güləşən İqbal Hacızadə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. 
46 kq-da Vasif Niyazlı yalnız finalda büdrəyib və gümüş medalla kifayətlənib. 46 kq-da digər təmsilçimiz Orxan Abbasov və 58 kq-da təmsilçimiz Ruslan Abdullayev turniri bürünc medalla başa vurub.
DOSTLARINLA PAYLAŞ: