İdmançılar sərxoşluqlarının qurbanı oldular
07 Yanvar 2011 Cümə 14:35
Gənc xokkeyçilərin ABŞ-dan vətənə qayıtmaları ləngiyir
Dünya çempionatında qalib gəlmiş gənclərdən ibarət Rusiya xokkey komandasının üzvlərinin vətənə dönməsi ləngiyir. Xokkeyçiləri gətirən gətirən təyyarənin bu gün “Şeremetyevo” aeroportunda yerə enəcəyi gözlənilsə də sonradan idmançıların sabah Rusiyaya gələcəkləri məlumatı yayılıb.

ABŞ tərəfi xokkeyçilərin Rusiya dönməsinin ləngiməsinə səbəb kimi onların içkili vəziyyətdə təyyarənin göyərtəsinə minmələrini gətirib. Rusiyalı xokkeyçilər içkili vəziyyətdə olduqları üçün özlərini yaxşı apara bilməyiblər, təyyarənin göyərtəsində antiamerika şüarları səsləndiriblərmiş. ABŞ tərəfi isə bu mənzərədən sonra xokkeyçilərlə dolu təyyarəni havaya qaldırmağı lazım bilməyərək uçuşu təxirə salıb.

Xatırladaq ki, gənclərdən ibarət Rusiya xokkey yığması ABŞ-da keçirilən Dünya çempionatının finalında Kanada kollektivini 5:3 hesabı ilə məğlub edərək qızıl medallara sahib olub. Gənc xokkeyçilərdən ibarət Rusiya komandası son dəfə 2003-cü ildə Dünya çempionu adını qazanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar