İdmançı qadını qucaqladığına görə cərimə edildi
08 Yanvar 2010 Cümə 16:50
Hokkeyçi Rehan Butt 1,2 min dollar ödəyəcək
Bu günlərdə Pakistan parlamenti maraqlı bir qərar çıxarıb. Belə ki, ölkənin otüstü hokkey üzrə milli komandasının üzvü Rehan Butt və komandanın iki məşqçisi "qeyri-islami hərəkətlər"ə görə cərimə ödəmək məcburiyyətində qalıb.
Onların cərimə edilməsi barədə qərar, idmançı və məşqçilərin Argentinada qadınları qucaqlayarkən və spirtli içkilər içərkən çəkilən şəkillərinin mətbuatda dərc olunmasıdan sonra qəbul edilib.
“İslam mədəniyyəti bizə naməhrəm qadınları qucaqlamağı və spirtli içkilər içməyi qadağan edir”, - deyə parlament nümayəndəsi Əhməd Dasti bildirib.
İndi Butt 1,2 min, məşqçilər isə 600 dollar cərimə ödəməlidir.
Qeyd edək ki, Pakistanda ictimaiyyət qarşısında qadınları qucaqlamaq qadağandır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: