İdmançı 1 milyona saçını sığortaladı
31 Avqust 2010 Çərşənbə Axşamı 11:40
Troy Polomalu yenə diqqət mərkəzinə düşüb.
Amerika futbolu üzrə “Pittsburq Stilerz” klubunun üzvü Troy Polomalu saçını sığortalayıb. Dünyaca məşhur “Head and Shoulders” şampun şirkəti idmançının saçını 1 milyon dollara sığortalayıb. Troy Polomalu bu şirkətin şampunlarının reklamı ilə məşğuldur.

Xatırladaq ki, Troy Polomalu 2003-cü ildən “Pittsburq Stilerz” klubunda çıxış edir. O, öz oyunundan daha çox uzun saçları ilə məşhurlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar