İdman yarışı faciə ilə sona çatdı
24 May 2010 Bazar Ertəsi 10:25
15 yaşlı çapar Yelena Timonina yıxılaraq həlak olub.
Rusiyanın Perm vilayətinin Krasnıy Vosxod qəsəbəsində keçirilən at yarışları faciə ilə başa çatıb. Turnirdə çıxış edən 15 yaşlı Yelena Timonina faciəli şəkildə həlak olub. Gənc qız atla maneələrdən birini dəf edən zaman yıxılıb.

Hadisə nəticəsində Yelena Timonino boyunun sınması, kəllə-beyin travması və kəllə sümüyünün çoxlu sayda sınıqları travması alıb. Dərhal xəstəxanaya çatdırılan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda Perm vilayətinin təhqiqat şöbəsi faciə ilə bağlı araşdırmalara başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar