“İdman Oskarı”nın sahibləri məlum oldu
08 Fevral 2011 Çərşənbə Axşamı 11:15
Nüfuzlu mükafatın təqdimetmə mərasimi Əbu-Dabi şəhərində baş tutub
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “İdman Oskarı” kimi tanınan “Laureus World Sports” mükafatının təqdimat mərasimi keçirilib. ANS PRESS-in “Laureus” idman akademiyasının saytına istinadən verdiyi məlumata görə, 2010-cu ilin yekunlarına görə kişi idmançılardan ispaniyalı tennisçi Rafael Nadal, qadınlardan isə dağ xizəkçisi Lindsi Vonn “İdman Oskarı”na layiq görülüb.

İlin komandası adına isə 2010-cu ilin Dünya çempionu olan İspaniya kollektivi layiq görülüb. Dünya idmanında xüsusi xidmətlərinə görə isə futbolçu Zinəddin Zidan mükafat alıb. “İlin dönüşü” nominasiyasında isə italiyalı motosikletçi Valentino Rossi qalib adını qazanıb. İdmançı ayağı üç yerdən sındıqdan sonra özündə iradə taparaq yenidən böyük idmana qayıdıb.

Xatırladaq ki, “Laureus World Sports” mükafatı 2000-ci ildə təsis edilib. Ötən il nüfuzlu mükafata yamaykalı yüngül atlet Useyn Bolt və amerikalı qadın tennisçi Serena Uilyams layiq görülmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar