Hollandların ikinci qələbəsi
19 İyun 2010 Şənbə 19:00
“Mavi samuraylar” narıncılarla bacarmadılar.
Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında bu günə “E” qrupunda Hollandiya və Yaponiya yığmaları ayrasında görüşlə starut verilib. Hollandiya yığması Vesli Sneyderin 53-cü dəqiqədə vurduğu qol sayəsində DÇ-də ikinci qələbələrini qazanıb. “Mavi samuraylar”ın heyətindəki Keysuke Honda isə 69-cu dəqiqədə qol şansından istifadə edə bilməyib.

Bu matçdan 10 ay əvvəl hollandlarla yaponların qarşılaşması narıncıların qələbəsi ilə başa çatdmışdı. Həmin görüşdə “mavi samuraylar” 0:3 hesabı ilə məğlub olmuşdular.

Qeyd edək ki, Hollandiya "E" qrupunda daha öncə Danimarka üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar