Hollandiyanın qapıçısı CAR-ı tərk elədi
14 İyun 2010 Bazar Ertəsi 22:25
Hollandiyanın qapıçısı CAR-ı tərk elədi. Futbolçuya üç günlük icazə verilib.
Bü gün Cənubi Afrika Respublikasında futbol üzrə 19-cu dünya çempionatında “E” qrupunda Hollandiya-Danimarka matçı başa çatdıqdan dərhal sonra Hollandiyanın 16 nömrəli qolkiperi Miçel Vorm Hollandiyaya uçub. Futbolçunun vətəninə qayıtmasına isə onun məşqçiləri icazə verib. Vormun tələm-tələsik evə yollanmasının səbəbi isə ötən gün futbolçunun oğlunun dünyaya gəlməsidir. Qapıçısının üç gün sonra yenidən komandası ilə birlikdə olacağı bildirilir.

Qeyd edək ki, 27 yaşlı Miçel Vorm 2008-ci ildən Hollandiya yığmasının əsas heyətinə dəvət edilib. CAR-a isə Vorm Hollandiya yığmasının ikinci qapıçısı kimi gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar