Hollandiya millisinin yeni məşqçisi məlum oldu
07 İyul 2012 Şənbə 01:32
“Narıncılar” yenidən Lui Van Qal dövrünə qayıdırlar.
Lui van Qal futbol üzrə Hollandiya millisinin yeni baş məşqçisi olub. ANS PESS-in “Voetbal International”a istinadən verdiyi məlumata görə, 60 yaşlı mütəxəssis EURO-2012-dəki uğursuzluqdan sonra tutduğu vəzifədən istefa verən Bert van Marveyki əvəz edəcək.

Lui van Qalın assisenti “Ayaks”ın keçmiş texniki direktoru Danni Blind olacaq.

Lui van Qal əvvəllər “Ayaks”, “AZ”, “Barselona” və “Bavariya”ya rəhbərlik edib. O, 2000-2002-ci illərdə Hollandiya millisinin baş məşqçisi olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar