Hokkeyçilər kütləvi davaya girişdi
25 Yanvar 2010 Bazar Ertəsi 23:10
Hokkeyçilər kütləvi davaya girişdi. Buna baxmayaraq oyun təxirə salınmayıb.
Moskvanın 1999-2000-ci il təvəllüdlü hokkeyçilərindən ibarət “Pinqvinlər” və “Şimal ulduzu” komandaları arasında keçirilən yoldaşlıq oyunu kütləvi dava ilə yadda qalıb. Qeyd edək ki, görüş 12:4 hesabı ilə “Şimal ulduz”unu xeyrinə başa çatıb. Dava salan hokkeyçilər 707 dəqiqə cərimə vaxtı qazanıb.
Xatırladaq ki, yanvarın 9-da ənənəvi Kontinental Hokkey Liqası çərçivəsində "Vityaz" və "Avanqard" oyunu da dava və hokkeyçilərin oyundan qovulması ucbatından komandaların heyətlərində yaranan oyunçu problemi ilə əlaqədar olaraq yarımçıq qalmışdı. Nəticədə "Vityaz" və "Avanqard"a 0:5 hesablı texniki məğlubiyyət verilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: