Hokkeyçi Soçi Olimpiadasından imtina etdi
09 Fevral 2014 Bazar 06:40
Bu, artıq Slovakiya millisində 2-ci itki hesab edilir.
Milli Hokkey Liqasının “Nyu-York Aylenders” klubunun müdafiəşisi Lyubomir Vişnovski Slovakiya millisinin heyətində Olimpiadada oynamaqdan imtina edib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səbəb kimi isə onun zədələnməsi göstərilir. Bu haqda Slovakiya hokkey millisinin baş meneceri Otto Sikora deyib.

Onun sözlərinə görə, 37 yaşlı hokkeyçi ötən il oktyabr ayının 19-da başından aldığı zədəyə görə Olimpiadada oynamaq istəmir və bu, Slovakiya millisi üçün böyük itki sayılır.

Xatırladaq ki, bu, artıq Slovakiya millisində 2-ci itki hesab edilir. “Kolambus Blyu Cekets” klubunun oyunçusu Marian Qaborik də zədə aldığına görə Olimpiadada iştirak etməyəcək. Onun əvəzinə isə forvard Branko Radivoyeviç meydana çıxacaq.

Qeyd edək ki, Slovakiya millisi Rusiya komandası ilə eyni qrupda oynayacaq. Onlar ilk oyunlarını fevral ayının 13-də ABŞ millisinə qarşı keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar